Xəbər lenti
30/01/2026 [12:32]
Sabah hava necə olacaq?
29/01/2026 [15:17]
Sabah hava necə olacaq?
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Pensiya yaşının artırılması ilə bağlı AÇIQLAMA

Baxılıb: 537     Tarix: 18-11-2021 14:22   

Son günlər Milli Məclisdə pensiya yaşının artırılması ilə bağlı müzakirə ciddi narahatlıqa səbəb olub. Yaşı 50-ni ötmüş insanlar ölüm yaşının azaldığı zamanda 65 yaşın pensiya yaşı üçün çox gec olduğunu qeyd edirlər.
Məsələ ilə bağlı Sonxeber.az-a deputat Fazil Mustafa açıqlama verib.
O bildirib ki, müəyyən dərəcədə insanlara dəstək olmaq lazımdır:
"Əlbəttə, nəzərə almaq lazımdır ki, ölüm yaşı pandemiyada daha çox qabarıq göründü. Ondan əlavə, insanların daha böyük problemi var. Mən də yaş həddinin artırılmasının tərəfdarı deyiləm. Çünki insanlar müəyyən dərəcədə bəlli bir həyat sürəndən sonra normal pensiya həyatı yaşamaq istəyirlərsə, onlara bu şansı yaratmaq lazımdır.
Bunun üçün ciddi bir sosial sorğu aparılmalıdır, dəqiqləşdirilməlidir. Statistika birmənalı şəkildə ortaya qoyulmalıdır ki, onun əsasında müəyyənləşdirmə olsun və heç kimdə də tərəddüd qalmasın. Ona görə də bu istiqamətdə ciddi işlər görülməlidir".

Qanunvehedef.az



{sape_links}{sape_article}