Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Deputat Anar Məmmədov şəhid ailələrini ziyarət etdi - Foto

Baxılıb: 416     Tarix: 24-11-2021 16:14   

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun Vətən müharibəsi şəhidlərinin anım günlərində Goranboy rayonunda şəhid ailələrini ziyarəti davam edir. Növbəti belə ziyarət Goranboy rayonu Dəliməmmədli şəhərində baş tutub.
Qanunvehedef.az xəbər verir ki, ziyarətə deputat ilə yanaşı rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri də qatılıblar.
Ziyarətlərdə əsas məqsəd şəhid ailələrini yad etmək, dərdlərinə şərik olmaq, onları narahat edən problemlərinin həllini təmin etmək və mənəvi dəstək göstərməkdir. Şəhid Ələs Rüstəmovun ailəsini ziyarət etməmişdən öncə deputat şəhidin ruhuna hörmət əlaməti olaraq şəhid məzarını ziyarət edib, şəhidin ruhuna dualar oxunub.
Şəhid ailələri ilə keçən görüşlərdə Anar Məmmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyib, belə qəhrəman övladlar yetişdirdikləri üçün ailələrinə minnətdarlığını bildirərək qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacağını, dövlətin və xalqın daim onların yanında olduğunu bildirib.
Deputat bildirib ki, şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaq. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur.




шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar