Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

COVID-19 PCR testlərinin dəyəri düşəcək

Baxılıb: 253     Tarix: 30-11-2021 11:26   

16 may 2019-cu il tarixində ölkə prezidenti İlham Əliyevin açılışını gerçəkləşdirdiyi və “Azərbaycan İnvestisiya Şirkəti”nin də iştirak payı olan “DİAMED CO” Şpris İstehsalı Zavodu 2021-ci ilin avqust ayından etibarən daha bir yeni istehsal xəttini quraraq qlobal pandemiya dövründə ən çox tələb olunan COVİD-19 virusunun PCR üsulu ilə aşkarlanması üçün istifadə olunan reagentlərin istehsalına başlayıb.
Şirkətdən verilən məlumata görə, zavod hazırda çox yüksək keyfiyyətli COVİD 19 virusunu və onun mutasiyalarını təyin edə bilən reagentlər istehsal edir. Zavodun istehsal gücü illik  6 000 000 ədəddir.          
Şpris İstehsalı Zavodunun istehsal etdiyinin COVİD 19 reagentlərinin qiymətlərinin aşağı olması ölkədə aparılan COVİD testlərinin də qiymətinin aşağı düşməsinə səbəb olacaq.
Bundan əlavə, yerli reagentlərdən istifadə etməklə analizlərin nəticələri dəqiq olmaqla yanaşı, daha qısa müddətə hazır olacaq.
Qeyd edək ki, pandemiya başladığı dövrdən bu günə qədər statistika üzrə 5 526 664 ədəd COVİD 19 PCR testi aparılıb. Bu sahədə yerli istehsalçının olması ölkədən böyük məbləğdə valyuta axınının qarşısını alacaq.




Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar