Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Regionlarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayacaq

Baxılıb: 293     Tarix: 02-12-2021 11:03   

Şəhid ailələri üzvlərinin və müharibə iştirakçılarının müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərlə bağlı qurumların fəaliyyətinin əlaqələndirilməsi üçün yaradılmış Əlaqələndirmə Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.
Komissiyada vahid əlaqələndirmə mərkəzlərində 26 istiqamətdə xidmət göstərən qurumların (6 mərkəzi və 15 icra hakimiyyəti orqanı) nümayəndələri təmsil olunur.
Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən vahid əlaqələndirmə mərkəzlərinin yaradılması şəhid ailələri və qazilərə yüksək qayğının növbəti təzahürüdür. Həmin mərkəzlərdə qeyd edilən kateqoriyalara aid vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s. üzrə xidmətlər vahid məkandan, operativ, şəffaf, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim edilir.
Artıq Bakıdakı və Abşerondakı DOST mərkəzlərində paytaxt, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonu üzrə vətəndaşlara xidmət göstərilir. 1-ci Qarabağ müharibəsi şəhidlərinin ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər də artıq bu xidmətlərlə əhatə olunur.
Nazir vahid əlaqələndirmə mərkəzlərində artıq 4200-ə yaxın şəxsə xidmətlər göstərildiyini bildirib.
Qeyd edilib ki, yaxın günlərdə regionlarda bu mərkəzlərin fəaliyyətə başlaması üçün hazırlıq işləri aparılır. Bu hazırlıq işlərinə mərkəzlərdə xidmətlər göstərəcək qurumların əməkdaşları üçün DOST Agentliyi tərəfindən müvafiq təlimlərin keçirilməsi, qurumlararası elektron bazaların inteqrasiyası, informasiya sistemləri arasında əlaqələndirmənin təmin edilməsi, zəruri avadanlıqlarla təminat və s. daxildir.
İclasda vahid əlaqələndirmə mərkəzlərinin yaradılması işlərinə və bu mərkəzlərdə müraciətlərin qəbulu, müraciətlərdə əksini tapan məsələlərin aidiyyəti qurumlarla birgə əlaqəli şəkildə operativ həlli istiqamətində aparılan işlərə dair təqdimat edilib. Göstərilən xidmətlərlə bağlı qurumların fəaliyyətinin əlaqələndirilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Qanunvehedef.azшаблоны для dle 11.2