Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ağdam Sənaye Parkında meşə zolağı yaradılır - Fotolar

Baxılıb: 253     Tarix: 16-12-2021 13:19   

Məlumat verildiyi kimi, Ağdam Sənaye Parkında sosial zonanın yaradılması işləri yekunlaşıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, hazırda Ağdam şəhərinin konsepsiyasına uyğun olaraq, Sənaye Parkının meşə zolağının salınması istiqamətində işlər davam etdirilir və suvarılmasında tamamilə “yaşıl enerji”dən istifadə edilir.
Belə ki, Ağdam Sənaye Parkının sosial zonasında quraşdırılmış Azərbaycan istehsalı olan günəş panelləri və batareyaları suyun damlama suvarma sistemi vasitəsilə paylanması üçün tələb olunan elektrik enerjisini təmin edir.
Qeyd edək ki, Ağdam Sənaye Parkında sosial zonanın işıqlandırılmasında da tam olaraq günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Eyni zamanda, gələcəkdə Sənaye Parkının elektrik təminatında da günəş enerjisindən istifadə edilməsi planlaşdırılır.



  Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar