Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Bu ərazilərdə “surpriz mina”lar var” - ANAMA-nın baş mütəxəssisi

Baxılıb: 817     Tarix: 16-12-2021 14:04   

“Ərazidə təmizləmə işlərini çətinləşdirən amillər var”. 
Cəbrayılda minatəmizləmə əməliyyatlarını işıqlandıran Oxu.Az-ın əməkdaşının verdiyi məlumata görə, bunu ANAMA-nın Təhqiqat və təmizləmə şöbəsinin baş mütəxəssisi Mədət Məmmədov keçirdiyi brifinq zamanı deyib.
Onun sözlərinə görə, relyefi mürəkkəbdir: 
“Bu ərazi düşmənlə 30 ilə yaxın təmas xətti olub. Buna görə də ərazi minalarla həddən artıq çirklənib, partlamamış hərbi sursatlar çoxluq təşkil edir. Ərazinin bir hissəsinin metallarla çirklənməsi işimizi çətinləşdirir. Həmçinin bura relyefinə görə dağlıqdır. Bu da təmizlənmə işlərini çətinləşdirir. Eyni zamanda ərazinin bir hissəsinin uzun müddət kənd təsərrüfatı işləri üçün istifadə olunması, işğal dövründə üzüm bağlarının məhv edilməsi, ərazinin məftillənməsi minatəmizləmədə problemlər yaradır.
Bu ərazilərdə də “surpriz mina”lar var. Əsasən, tank əleyhinə minaların üzərinə piyada əleyhinə minalar quraşdırılır. OZM-72 tipli minaların məftillərinin kənd təsərrüfatında istifadə edilən məftillərin və ya hər hansı əşyanın detalına bərkidilməsi də “sürpriz mina”lar sırasındadır. İki tank əleyhinə minanın üst-üstə, yaxınlığında isə piyada əleyhinə minaların yerləşdirilməsi ən çox rastlaşdığımız faktlardandır. Hazırda təmizləmə işləri davam edir”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar