Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Ermənistan Zəngəzur dəhlizinin açılmasına hazırlaşır - VİDEO

Baxılıb: 307     Tarix: 22-12-2021 18:23   

Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin Ermənistana səfərini gözləyir.
Zəngəzur dəhlizinin açılmasının müzakirə ediləcəyi gözlənilir. Bu barədə erməni mediası məlumat yayır.
Bildirilib ki, təşkilatın baş katibi Stanislav Zas dekabrın 22-də Ermənistana ikigünlük səfər edəcək.
O, ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüşəcək və alyansın məsuliyyət zonasındakı vəziyyəti müzakirə edəcək. KTMT-nin rəsmi nümayəndəsi Vladimir Zaynetdinovun sözlərinə görə, Stanislav Zas təşkilatın 2021-ci il sentyabr sessiyasının hesabatının və qurumun prioritetlərini təsdiq etmək üçün Nikol Paşinyana təqdim edəcək. Səfər zamanı Stanislav Zas Ermənistanın müdafiə naziri Suren Papikyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparacaq. Bu görüşlər zamanı KTMT-nin baş katibinə Ermənistanın iştirak etdiyi regional proseslər barədə məlumat veriləcək.
Bunlar Zəngəzur dəhlizinin açılması da daxil olmaqla ilk növbədə, Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləridir. Qeyd edək ki, dekabrın 22-də Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavinini qəbul edib. Rəsmilər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərini müzakirə ediblər./Oxu.az



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar