Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Kəlbəcər üçün MÜHÜM ADDIM: Yeni stansiya istifadəyə verildi - VİDEO

Baxılıb: 513     Tarix: 25-12-2021 13:41   

Daşkəsən rayonunun Zağalı və Əhmədli kəndləri ərazilərində müasir tələblərə uyğun tikilərək istifadəyə verilən "Zağalı" və "Əhmədli" elektrik yarımstansiyalarının açılış olub.
Yarımstansiyanın qurulması ilə Daşkəsənin ucqar dağ kəndləri keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. Bildirilib ki, "Gəncə" yarımstansiyasından Kəlbəcər istiqamətində 44 kilometr uzunluğunda iki dövrəli elektrik verilişi xətti çəkilib və yarımstansiyanın gücü iki dəfə artırılıb.
Xəttin çəkilişi zamanı Daşkəsən yarımstansiyası da tamamilə yenidən qurulub.
Müasir tələblərə uyğun tikilərək istifadəyə verilən "Zağalı" və "Əhmədli" elektrik yarımstansiyaları rayonda təxminən 30-dan artıq kəndin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə tam təmin edəcək. Beləliklə yarımstansiyanın qurulması ilə ucqar dağ kəndi 24 saat dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Yeni yarımstansiya Kəlbəcər rayonu üçün də mühüm əhəmiyyət daşıyır. "Əhmədli" yarımstansiyasının istifadəyə verilməsi Kəlbəcər rayonunun 24 saat fasiləsiz elektrik enerjisi ilə təminatında xüsusi əhəmiyyət daşıyacaq.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar