Füzulidə toy mərasimləri də sadələşdiriləcək
Baxılıb: 474 Tarix: 05-01-2022 11:42
Füzuli rayonu ərazisində ictimai müzakirələrin nəticəsi olaraq 2014-cü ildən etibarən bütün yaşayış məntəqələrində yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, sadə və israfsız, islami qaydalara uyğun keçirilir. Bu barədə Füzuli Rayon İcra Hakimiyyətindən Qanunvehedef.az-a bildirilib.
COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə əsasən, iki ilə yaxın müddət ərzində Füzuli rayonu ərazisində yas mərasimlərinə də nəzarət daha da artırılıb. Belə ki, dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi məhdudlaşdırılıb, dəfn mərasimləri isə karantin qaydalarına riayət olunmaqla həyata keçirilib.
Son səkkiz ildə keçirilən yas mərasimlərində, ehsan süfrələrində çay, qənd, halva, xurma, su və limon verilməsi məqsədəuyğun hesab edilib, nəticədə orta hesabla rayonda 12-13 milyon manatdan artıq vəsaitə qənaət olunub.
Rayonun məcburi köçkün olan əhalisi həmin vəsaiti digər sosial problemlərinin həllinə sərf ediblər. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 9-10 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 1200-1500 manatla yola vermək olur.
Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi həm onların sağlamlığının qorunmasına - koronavirus və digər yoluxucu xəstəliklərə yoluxmalarının qarşısını alır, həm də onlara maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn oluması, qəbrüstü abidəsinin düzəldilməsi və digər işləri yerinə yetirirlər.
Artıq rayonda böyük və kiçik toy məclislərinin də israfçılığın qarşısının alınması, insanlar arasında sosial bərabərliyin təmin edilməsi üçün həmin məclislərin də sadələşdirilmiş formada keçirilməsi ilə bağlı ictimai müzakirələrə başlanılır. Rayonun ağsaqalları, ziyalılar, QHT-lər və ictimaiyyət nümayəndələri ilə keçiriləcək müzakirələrdən sonra böyük və kiçik toy məclislərinin sadələşdirilmiş formada keçirilməsinə başlanılacaq. Toy məclislərinin sadələşdirilmiş formada, israfçılıqdan kənar keçirilməsi ilə bağlı yaşayış məntəqələrində əhali arasında maarifləndirmə, izahat işlərinə başlanılacaq.
Ən çox oxunanlar
Son xəbərlər