Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

BANM tələbələri “NETTY-2021” mükafatına layiq görüldü

Baxılıb: 563     Tarix: 06-01-2022 10:38   

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrindən ibarət “Crocusoft” şirkətinin mobil komandası "NETTY-2021" Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb.
Qanunvehedef.az xəbər verir ki, komandanın hazırladığı "Smart Customs" tətbiqi “İlin mobil tətbiqi” seçilərək "Dövlət və Cəmiyyət" nominasiyasında qalib olub. Tələbələrin hazırladığı tətbiq 300 mindən çox yüklənmə sayı, 5 min rəy və 4.9 reytinqlə önə çıxıb. “Crocusoft” komandasının proqramçıları BANM-in müxtəlif ixtisaslarının tələbələri - Mirkamal Qasımov, Aynur Əsədova, Elman Şükürov və Mirnicat Cabbarlıdır.
Qeyd edək ki, Azərbaycan Milli İnternet Mükafatında NETTY akademikləri 2021-ci ildə müsabiqədə iştirak edən milli veb-saytların, sosial səhifələrin, proqramlar arasında ən yaxşılarını seçiblər. Ekspert şurasının və virtual münsiflər heyətinin səsvermə nəticələrinə əsasən iştirakçı saytların siyahısından mükafatların nominantları olan veb-saytlar, proqramlar və İT layihələr seçilib.
Xatırladaq ki, 2004-cü ildə təsis edilən, 2005-ci ildən keçirilən NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində
Azərbaycanın birinci peşəkar mükafatıdır.

шаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking