Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

İsmayıllıda VII Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçirilib

Baxılıb: 192     Tarix: 24-01-2022 15:20   

İsmayıllı rayonunun İvanovka kəndində VII Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçirilib.
Qanunvehedef.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Macarıstandan, Belarus, Litvadan peşəkar arıçılar, elm və iş adamları iştirak edib.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Bildirilib ki, kənd təsərrüfatının qədim və gəlirli təsərrüfat növlərindən olan arıçılıq sahəsinin inkişafı mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, arıçılıqda yerli genofondların qorunması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsərrüfatların damazlıq növünün müəyyən edilməsi üçün mütəmadi işlər həyata keçirilir.
Bu məqsədlə yerli genofondda olan “Boz dağ Qafqaz” arı cinsi yetişdirilən 3 arıçılıq təsərrüfatında zootexniki qiymətləndirilmə aparılıb və onlar damazlıq təsərrüfat kimi qeydiyyata götürülərək dövlət reysterinə daxil edilib.
Damazlıq təsərürfatların yaradılması, seleksiya-damazlıq işlərinin təşkil edilməsi üçün Nazirlik tərəfindən mütəmadi monitorinqlər keçirilir, qiymətləndirmə aparılır, cinslər üzrə göstərcilər təhlil edilir.
Damazlıq arıçılığın inkişafı məqsədilə ilk dəfə Zaqatala rayonunda “təcrid” zonası yaradılıb.
Pilot layihə çərçivəsində Kəlbəcər və Laçın rayonlarının təhlükəsiz zonalarına arı ailələri, qoyunçuluq təsərrüfatlarının köçürülməsi həyata keçirilib. Layihə çərçivəsində Kəlbəcərdən 59, Laçından 15 arıçı fermer olmaqla ümumilikdə  74 arıçı fermer tərəfindən 4531 arı ailəsi, 8569 baş xırdabuynuzlu heyvanın dislokasiya üzrə köçürülməsi təşkil edilib.шаблоны для dle 11.2