Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ovçuluğun təkmilləşdirilməsi ilə bağlı memorandum imzalandı

Baxılıb: 519     Tarix: 02-02-2022 14:16   

Bu gün Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyası ilə Bioloji Müxtəlifliyin Qorunması Xidməti arasında ekoturizm, ov turizmi, ovçuluq fəaliyyətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Qanunvehedef.az xəbər verir ki, Əməkdaşlıq Memorandumunun məqsədi ovçuluq ərazilərində monitorinqlərin aparılması, ov sahələrinin real imkanlarının qiymətləndirilməsi, ovçularla işin təşkili və ictimai əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, yerli və əcnəbi vətəndaşlar üçün ov təşkil edən şirkətlərin potensialının birgə dəyərləndirilməsidir.
Razılaşma Memorandumu sərbəst və yarım sərbəst şəraitdə ov obyekti olan heyvan növlərinin artırılması işinin aparılmasını, ov fəaliyyətinin rentabelliyinin artırılması ilə bağlı effektiv plan və proqramların hazırlanmasını, ovçuların fərdi məsuliyyətinin qiymətləndirilməsini, maarifləndirmə və davamlı informasiya təminatını, ictimai nəzarət mexanizminin yaradılmasını və bu sahədə sınaqdan keçmiş beynəlxalq  layihələrin icrasının həyata keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, Azərbaycanın ovçuluq təsərrüfatlarında vəhşi heyvanların, quşların sərbəst və yarımsərbəst yolla artırılmasının həyata keçirilməsi, bu yolla növlərin təbiətdəki təbii populyasiyasına təsirlərin minimuma endirilməsi, “məsuliyyətli ovçu” anlayışının təbliği, eyni zamanda yerli və əcnəbi ovçuların maarifləndirilməsi, ov qaydalarına riayət edilməsi üçün ictimai əməkdaşlığa nail olunması məqsədilə 2022-ci ildən ölkədə Təbiət və Ov Turizmi Assosiasiyası fəaliyyətə başlayıb.
Assosiasiyanın fəaliyyətinin əsas hədəfi Azərbaycanda “məsuliyyətli ovçuluğu” geniş anlamda təşviq etməklə qanunvericiliyə riayət olunmasına, biomüxtəlifliyin qorunmasına və bu sahədə sabit, davamlı istifadənin təmin edilməsinə töhfə verməkdir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar