Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

I Qarabağ müharibəsi əlillərinə ödənişlər nə vaxt veriləcək?

Baxılıb: 225     Tarix: 11-02-2022 14:17   

Yaxın vaxtlarda I Qarabağ müharibəsi zamanı əlil olmuş şəxslərə ödənişlərin verilməsinə başlanılacaq.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında məlumat verilib.
İclasda 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsinə hazırlıq işləri də müzakirə olunub və qeyd olunub ki, yaxın vaxtlarda həmin ödənişlərin verilməsinə başlanacaq.
Kollegiya iclasında həmçinin əməkhaqqı və digər sosial ödənişlərin 2022-ci ilin əvvəlindən artırılması üçün 1,5 milyard manat, pensiyalarda indeksasiya əsaslı yeni artım və pensiyaçılara maddi yardım üçün 352 milyon manat həcmində əlavə illik vəsait ayrıldığı qeyd olunub. Vurğulanıb ki, 2022-ci ildə də sosial təminat üzrə ayrılan vəsaitlərdə növbəti ciddi artım olacaq.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar