Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ramiz Mehdiyevi o əvəz edəcək — FOTO

Baxılıb: 229     Tarix: 17-02-2022 16:12   

Xəbər verdiyimiz kim, bu gün Ramiz Mehdiyev AMEA-nın Prezidenti vəzifəsindən istefa ərizəsini Prezidentə təqdim edəcək.
Qanunvehedef.az KONKRET.az-a istinadən xəbər verir ki, artıq AMEA-da təhvil-təslim prosesi də başlayıb.
Belə ki, artıq Ramiz Mehdiyevin vəzifəsini AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov icra edəcək.
Arif Həşimov 28 sentyabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərindən müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olmuş, 1971-ci ildə institutu bitirdikdən sonra AMEA Fizika İnstitutunun "Elektrofizika" laboratoriyasında işləməyə başlamışdır. Hazırda laboratoriya "Yüksək gərginliklərin fizikası və texnikası" adlanır və A.M.Həşimov onun rəhbəridir.
O, 1980-cı ildə namizədlik, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafıə etmişdir. Akademik Ç.M.Cuvarlı tərəfindən yaradılmış Azərbaycan yüksək gərginliklər fizikası və texnikası elmi məktəbi A.M.Həşimov tərəfindən əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir. A.M.Həşimovun iştirakı ilə yerinə yetirilmiş tədqiqatların nəticələri dəfələrlə SSRİ və Azərbaycan Elmlər Akademiyasının elmi hesabatlarına çox əhəmiyyətli nəticələr kimi daxil edilmişdir.
2002-ci ildə AMEA-nın Fizika İnstitutunun direktoru vəzifəsinə seçilmiş və bu vəzifəni 01.06.2009-cu ilə qədər icra etmişdir. A.M.Həşimov bir neçə il Azərbaycan Dövlət Neft Akademiyasında mühazirələr oxumuş və "Yüksək gərginliklər texnikası və elektrotermiki qurğular kafedrası"nın professoru olmuşdur.
Hazırda Azərbaycan Texniki Universitetin professorudur. Azərbaycan MEA Fizika İnstitutunda fəaliyyət göstərən doktoru alimlik dərəcəsi verən şuranın sədri (2002–2008-ci illər) və Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerjilayihə İnstitutunda elmlər doktoru alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuranın üzvü (1994–2005-ci illər) olmuşdur. "Energetikanın problemləri" jurnalının baş redaktorunun müavini, "Fizika" jurnalının redaksiya heyətinin üzvüdür.
Qeyd edək ki, Arif Həşimov 5 noyabr 2021-ci ildən AMEA-nın birinci vitse-prezidentidir.шаблоны для dle 11.2