Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

8 Noyabr prospektindəki təmir nə vaxt bitəcək

Baxılıb: 261     Tarix: 21-02-2022 10:06   

Xəbər verdiyimiz kimi, 8 Noyabr prospektində bir həftədir yollar qazılsa da, heç bir təmir işi aparılmırdı. 
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli aparılan təmir işlərinin yaxın günlərdə yekunlaşacağını bildirib.
“Bizə də bu istiqamətdə müraciətlər, şikayətlər daxil olub. Məsələ agentliyin rəhbərliyinin nəzarəti altındadır. Rəhbərlik tərəfindən tapşırıq verilib ki, həm yol nişanlarının quraşdırılması, həm də təmir işləri ən qısa zamanda öz həllini tapsın”, - deyə Anar Nəcəfli qeyd edib.
Mətbuat katibi əlavə edib ki, prospektdə qazılan, yarımçıq saxlanılan hissələrdə təmir işləri sabah və ya birisi gün yekunlaşacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar