Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

XXI Əsr Məktəbi olimpiada elan edir - Şagirdlərin nəzərinə!

Baxılıb: 249     Tarix: 22-02-2022 11:49   

“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC Azərbaycan təhsil aləminə bir yenilik gətirərək “XXI əsr bacarıqları” üzrə Məktəblilərarası Olimpiada elan edib. Olimpiadanın əsas məqsədi şagirdlərdə müasir bilik və bacarıqlara marağı artırmaq, özünəinam hissini gücləndirmək, istedadlı şagirdlərin potensiallarını kəşf etməkdir.
Olimpiadada V-VIII sinif şagirdləri iştirak edə bilərlər. Şagirdlərin hər biri 3 nəfərdən ibarət komandalar şəklində iştirakı nəzərdə tutulub. Komanda üzvləri eyni məktəbdə təhsil alan şagirdlərdən ibarət olmalıdır.
İştirak üçün məktəbin veb saytında yaradılmış müvafiq bölmədə qeydiyyat fornasını doldurmaq tələb olunur. Qeyd edək ki, qeydiyyat 5 mart 2022-ci il tarixində yekunlaşır. Olimpiadanın seçim mərhələsinin aprel ayında, final mərhələsinin isə may ayında keçirilməsi planlaşdırılır.
Olimpiadanın qalibləri diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün: www.21century.edu.az/olimp/
Bütün iştirakçılara öncədən müvəffəqiyyət arzulayırıq!

Qanunvehedef.azшаблоны для dle 11.2