Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olunub - FOTO

Baxılıb: 257     Tarix: 25-02-2022 11:45   

Göyçayda avtoxuliqanlıq edərək digər yol-hərəkəti iştirakçılarının həyatına və mülkiyyətinə real təhlükə yaradan, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən sürücü inzibati məsuliyyətə cəlb olunub.
Bu barədə Qanunvehedef.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon sakini Yusif Usubov istifadəsində olan "VAZ-2107" markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək həmin əməllərini sosial şəbəkələrdə paylaşıb.
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə Yusif Usubov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati həbs olunub.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar