Xəbər lenti
26/07/2026 [12:33]
Sabah 40° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan polisi Laçın şəhərində xidmət başında - FOTO

Baxılıb: 719     Tarix: 01-09-2022 12:03   

Bir neçə gündür, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları və Laçın Rayon Polis Şöbəsinin əməkdaşları şəhərin mərkəzində xidmətə başlayıblar.
"Report"un Laçın şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, polislər bir neçə gündür, şəhərin mərkəzində xidmət aparırlar.
Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, daxili işlər naziri tərəfindən Laçın rayon müvəqqəti komendantlığı yaradılmaqla, rayon polis şöbəsinin rəisi müvəqqəti komendant təyin olunub.
Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev "Twitter" səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdıqlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar