Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimlərinin nəticələri elan olunub

Baxılıb: 332     Tarix: 02-09-2022 15:32   

30 avqust-1 sentyabr tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimlərinin nəticələri elan olunub.
Qanunvehedef.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, vakansiya seçimlərində iştirak edən namizədlərdən 1022 nəfər müddətli müqavilə ilə çalışmaq imkanı qazanıb.
Uğur qazanan namizədlər 6 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.
Namizədlərdən sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tələb olunur.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar