Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Tərtər işi": Təmkini atasının iştirakı olmadan və tabutun açılmasına icazə vermədən dəfn ediblərmiş - FOTO

Baxılıb: 701     Tarix: 06-09-2022 11:11   

"Tərtər işi"ndə hərbçi Təmkin Nizamioğlunun da işgəncələr nəticəsində öldüyü istintaq tərəfindən sübuta yetirilib. Belə ki, onun meyiti ekshumasiya edilib və keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə bu hal təsdiq olunub.
Qanunvehedef.az-ın məlumatına görə, leytenant Təmkin Nizamioğlu Tərtərdə "N" saylı hərbi hissədə çalışıb. Aprel döyüşlərinin iştirakçısı olub.
Təmkinin işgəncəyə məruz qalmasına gəlincə, bu, onun təlimdə olduğu vaxt baş verib. Belə ki, zabit təlimdən çağırılaraq Şırxarx qəsəbəsinə gətirilib və burada ona işgəncə edilib.
2017-ci ilin mayın 15-də isə ailəsinə Təmkinin öldüyü, cənazəsinin Ordubada göndərildiyi deyilib.
Bu zaman Təmkinin atası Nizami Quliyev dağda olub. O, yolda olduğunu, bir-iki saata evə çatacağını bildirib.
Buna baxmayaraq, Təmkinin atasını gözləməyiblər və hərbçini valideyninin iştirakı olmadan Ordubadın Darkənd kəndində dəfn ediblər. Ümumiyyətlə, dəfn prosesində tabutun açılmasına icazə verilməyib. Tabutun üzərində isə Təmkinin ürək çatışmazlığından vəfat etdiyi qeyd olunub.
Ailənin müraciətlərindən sonra isə Təmkin Nizamioğlunun pnevmaniya – kəskin ağciyər çatışmazlığından ölməsi haqda tibbi rəy verilib.
Qeyd edək ki, 2022-ci ilin mayın 11-də Təmkin Nizamioğlunun meyiti ekshumasiya olunub. Dövlət qurumlarının iştirakı ilə məzar açılan zaman bədənin müxtəlif nahiyələrində sınıqlar aşkarlanıb. Onun küt alətlə döyüldüyü müəyyənləşdirilib. Maraqlısı və təəccüblüsü budur ki, hadisədən 5 il keçsə də, kəfən çürüsə də, Təmkinin nəşi çürüməyib, əzaları yerində olub. Bunun Təmkin Nizamioğlunun atası da təsdiqləyib.

шаблоны для dle 11.2