Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Sabah 32 dərəcə isti olacaq - HAVA PROQNOZU

Baxılıb: 568     Tarix: 12-09-2022 13:04   

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-28° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti olacaq.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar