Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Quba rayonunun ucqar kəndinin qazlaşdırılması ilə bağlı qərar verildi

Baxılıb: 695     Tarix: 13-09-2022 14:08   

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Quba rayonunun ucqar Cimi kəndində baş tutub. Birliyin baş direktoru Ruslan Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və millət vəkili Vahid Əhmədov ilə birlikdə sözügedən kənddə vətəndaşlarla görüş keçiriblər.
Sakinlər çətin relyef şəraitində yerləşən kənddə payız-qış mövsümlərinin daha sərt keçdiyini bildirərək bu kəndin qazlaşdırılması ilə bağlı onlara köməklik edilməsini xahiş ediblər. Birlik rəhbəri vətəndaşlara qazlaşdırılma işlərinin bütün regionlarda mərhələli şəkildə icra olunduğunu qeyd edib.
Daha sonra Ruslan Əliyev yaxın günlərdə sözügedən kənddə qazlaşdırılma işlərinin başlayacağı ilə bağlı xəbəri vətəndaşların diqqətinə çatdırıb. Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Ölkə başçısına və SOCAR rəhbərliyinə təşəkkür ediblər.





Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar