Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Xırdalan və Masazır dairələri daha da pis duruma düşəcək”

Baxılıb: 468     Tarix: 16-09-2022 12:21   

“Bakı-Sumqayıt yolundan Xirdalan şəhərinin şimal-şərq tərəfinə girişi təmin edən məşhur “VAZ dairəsi”ndə hərkət sxemində edilmiş dəyişikliyi uğursuz hesab edirəm”.
Qanunvehedef.az “Qafqazinfo” istinadən xəbər verir ki, bu fikirləri nəqliyyat üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib. O qeyd edib ki, edilmiş dəyişikliklər səmərəsizdir:
“Bir neçə gün əvvəl edilən dəyişiklikdən sonra oradakı körpünün üstünə qalxaraq sola – Xırdalana dönmək ləğv edilib. İndi Xırdalana oradan getmək istəyənlər körpüyə çatmamış sağa çıxmalı, Saray qəsəbəsinə doğru xeyli məsafə (bunun 2-3 km olduğunu deyirlər) getməli, geriyə dönməli və Xırdalana doğru qayıtmalıdırlar. Beləliklə həmin istiqamətdən Xırdalana daxil olmaq, Bakı Mühəndislik Universitetinə getmək istəyənlərin, o cümlədən həmin istiqamətdə hərəkət edən marşrut avtobuslarının yürüş məsafəsi 4-6 km artıb. Problem təkcə bu deyil. Bilirsiniz ki, hazırda 200 mindən çox insanın yaşadığı Xırdalan şəhərinə Bakı-Sumqayıt yolundan cəmi 3 giriş-çıxış var. Onlardan birində hərəkətin belə əlverişsiz vəziyyətə gətirilməsi həmin giriş-çıxışın bütün yükünü digər ikisinin – Xırdalan dairəsindən və Masazır dairəsindən giriş-çıxışın üstünə atacaq. Nəticədə, onsuz da hərəkət şəraiti bərbad olan, pik saatlarda həmişə tıxanan Xırdalan və Masazır dairələri daha da pis duruma düşəcək. Bu da öz təsirini Bakı-Sumqayıt yoluna göstərəcək (artıq bir neçə gündür ki, göstərməkdədir). Üstəlik Xırdalanın şimal tərəfinə getmək istəyənlər Xırdalan və Masazır dairələrindən daxil olsalar, Xırdalanın daxili küçələrini başa qədər getməli olacaqlar. Bu da onsuz da hərəkət etmək çətin olan Xırdalan küçələrini daha da keçilməz edəcək”.


Ərşad Hüseynov əlavə edib ki, nəqliyyat axınının (xüsusən avtobus marşrutunun) yürüş məsafəsinin belə ciddi artması insanların əlavə vaxt itkisi, əlavə yanacaq xərci deməkdir: “Belə dəyişiklikdən sonra Saray tərəfdəki geriyə dönmə yeri də əlavə yüklənəcək, orada sıxlıq və qəza şəraiti yaranacaq (həmin yerdə faktiki sürət daha yüksəkdir). Dəyişiklik Bakıdan Saray və Novxanı istiqamətlərinə gedənlər və o istiqamətlərdən gələnlər üçün əlverişlidir. Amma sadaladığım arqumentlər və ümumi maraq nəzərə alınanda edilmiş dəyişiklik səmərəsizdir və yeni problemlər yaradacaq.
Ona görə də səlahiyyətli qurumlardan (DYP və AAYDA-dan) xahiş edirəm ki, orada hərəkət sxemini əvvəlki vəziyyətə gətirsinlər, pik saatlarında yaranan çətinliklərin həlli üçün başqa, daha səmərəli üsul tətbiq etsinlər”.
Qeyd edək ki, DYP və AAYDA-nın ərazidə həyata keçirdiyi dəyişikliklər cəmiyyətdə ciddi etirazlarla qarşılanıb. Bakı Mühəndislik Universitetinin tələbələri, eləcə də Abşeron Gənclər şəhərciyi və ətraf ərazilərdə yaşayan minlərlə insan bu dəyişikliyin onlara ciddi vaxt itkisi və stress yaratdığını bildiriblər.шаблоны для dle 11.2



Ən çox oxunanlar