Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"BakuBus"larda pulsuz internet niyə işləmir? - FOTO

Baxılıb: 781     Tarix: 20-09-2022 11:46   

 "BakuBus" MMC-yə məxsus avtobuslarda "Pulsuz WiFi" işarəsi olsa da, sərnişinlər internetdən istifadə edə bilmir.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Məlumata görə, sərnişinlərə təklif edilən pulsuz internetdən heç kim istifadə edə bilmir. Bu hal avtobusda həm sıxlıq olan vaxt, həm də seyrəklik zamanı müşahidə edilir.
Bir sözlə, avtobusda sərnişinlərin sayından və günün hansı vaxtına təsadüf etməsindən asılı olmayaraq pulsuz internet xidmətindən istifadə etmək mümkün deyil.
Belə olan halda sual yaranır ki, əgər avtobuslarda pulsuz internet xidməti varsa, nə üçün sərnişinlər bundan istifadə edə bilmir? Əgər pulsuz internet xidməti artıq avtobuslarda işləmirsə, onda niyə həmin işarə götürülməyib?

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar