Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Sosial yardım təyin olunarkən kommunal xərclərə qoyulan limitə aydınlıq gətirilib

Baxılıb: 724     Tarix: 04-10-2022 12:15   

Dövlət Sosial Müdafiə Fondu ünvanlı sosial yardım təyin olunarkən kommunal xərclərə qoyulan limitlə bağlı məsələyə aydınlıq gətirib.
APA xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib ki, qanunvericilikdə kommunal xərclərlə bağlı 30 manat limiti var:
“Ünvanlı sosial yardım aztəminatlı ailələrə təyin olunur. Bu o ailələrdir ki, onların gəliri ailə üzvlərinin sayına görə müəyyən olunmuş ehtiyac meyarının məbləğindən aşağı olsun. Bununla bağlı təyinatların aparılması asanlaşdırılıb və müraciətlər elektron qaydada qəbul olunur. Şəxslərin gəlirləri, onların kommunal xərcləri elektron qaydada aidiyyəti qurumlara sorğu olunur. Onların israf etdiyi enerjinin, qazın və digər kommunallara uyğun olaraq gəlirləri müəyyən olunur, sosial yardım təyin olunur”.
Mətin Əsgər bir neçə ailənin kirayə qaldığı yerlərdə bir sayğacın olması ilə bağlı qaldırılan məsələyə də münasibət bildirib:
“Ünvanlı sosial yardım almağa müraciət etmək üçün bir ailənin təsərrüfatı əsas götürülür. Ailə təsərrüfatı əsas götürülərkən bir sayğac olan bir neçə evdə və yaxud bir neçə ailənin kirayə qaldığı bir mənzildə qalanların kommunal xərclərinin müəyyən olunması qeyri-mümkün olur. Bu halda hər bir ailə təsərrüfatının müəyyən edilməsi üçün ailələrin ayrıca sayğacının olması istənilir”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar