Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Ermənistanın I və II Qarabağ müharibələrindəki hərbi cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır" - Zahid Oruc

Baxılıb: 495     Tarix: 10-10-2022 11:09   

"Ermənistanın I və II Qarabağ müharibələrindəki hərbi cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır".
Qanunvehedef.az-ın xəbərinə görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc mərkəzin təşkilatçılığı ilə "Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, oktyabrın 2-də erməni əsgərlərin təsdiqlənməyən qətli görüntüsü ətrafında yaradılan ajiotaj Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə xələl gətirmək məqsədi daşıyır:
Z.Oruc deyib ki, Azərbaycan II Qarabağ müharibəsini beynəlxalq hüquqa tam uyğun, ədalətli müharibə aparıb: "44 günlük müharibə əsl Nürnberq Məhkəməsi oldu. Zəfərimizdən sonra dünya gördü ki, azad edilmiş torpaqlarda 1 milyondan çox mina basdırılıb. Bir Xocalı qatili də beynəlxalq məhkəmələrdə mühakimə olunmayıb. Onların son 30 ildəki "qəhrəmanları"nın əksəriyyəti xalqımıza qarşı cinayət törədənlərdir. Haaqa Tribunalı gərək bu erməni cinayətkarları mühakimə edə idi".
O vurğulayıb ki, Ermənistanın I və II Qarabağ müharibələrindəki hərbi cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır: "Təkcə ABŞ-ın Ukraynaya hərbi yardımının miqdarı 26 milyard dollar təşkil edir, Ukraynanın bərpası üçün 500 milyard dollar vəd olunur. Bunu təqdir edirik. Ancaq azad edilmiş ərazilərə qayıdışla bağlı belə dəstəyi görmürük. Ermənistanın təzminat ödəməyə imkanı yoxdursa, torpaq və digər formalarda bu təzminat ödənilə bilər".шаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking