Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu şagirdlərə “yaşıl kart” veriləcək

Baxılıb: 753     Tarix: 19-10-2022 12:51   

“Yaxşı davranışına görə fərqlənən şagirdlərə “yaşıl kart” veriləcək”.
Qanunvehedef.az xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O qeyd edib ki, məktəblərdə şagirdlərə faydalı olacaq tətbiqlər vacibdir: “Şagirdlərin məktəbdaxili nizam-intizam qaydaları” layihəsində şagird davranış qaydaları ilk növbədə neqativ assosiasiya yarada bilər. Ona görə də biz bir bölməni şagirdlərin müsbət qiymətləndirilməsi qaydasına ayırdıq. Şagird davranış qaydalarını pozduqda həm şəxsi işinə, həm evə göndərilməklə sarı, narıncı, qırmızı məktub müəyyənləşib. Yaxşı  fərqlənən şagirdlərin şəxsi işinə isə “yaşıl kart”lar tikiləcək.
E. Əliyev bildirib ki, hər iki davranışı qiymətləndirmək vacib hesab olunur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar