Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Ali məktəbə daxil olan qız uşaqlarının təhsil haqqını dövlət ödəməlidir" - Razi Nurullayev

Baxılıb: 805     Tarix: 19-10-2022 14:26   

Milli Məclisin deputatı Razi Nurullayev 600-dən yüksək bal toplayan tələbələrlə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, Razi Nurullayev İmişli deputatı kimi onlarla qürur duyduğunu deyib. O, yüksək bal yığan tələbələr arasında 6 xanımın olmasını İmişli üçün böyük göstərici hesab edib.
"Aran rayonlarında qız uşaqlarının təhsil almasıyla bağlı problemlər var. Mən özüm Xəlfəli kəndində böyümüşəm, oxumuşam, orda 6-7-ci sinifdən sonra qız uşaqlarını məktəbə buraxmırdılar. Bu gün bizim rayonda bu sahədə inkişafın getməsi məni sevindirir. Mən hesab edirəm ki, Azərbaycanda qız uşaqlarının təhsilinə daha böyük qayğı lazımdır. Mən parlamentdə də bir təklif verdim ki, qız uşaqları əgər ali məktəbə daxil olursa, onların təhsil haqqı mütləq şəkildə dövlət tərəfindən ödənilməlidir.
Azərbaycanda qız uşaqlarının 100% təhsilinə nail olmalıyıq və bu mənim arzumdur.
Çünki Azərbaycanda uşaqların yetişdirilməsində, tərbiyəsində qadınlar mühüm rol oynayır. Qız uşaqlarının təhsilli olması Azərbaycanın inkişafı, Azərbaycanda sağlam ailələrin olması deməkdir" ,- deyə millət vəkili qeyd edib.
Qeyd edək ki, tədbirdə İmişli icra hakimiyyətinin nümayəndəsi Rüfət Muradov, Milli Cəbhə Partiyasının nümayəndələri də iştirak ediblər.

шаблоны для dle 11.2



Ən çox oxunanlar