Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Dövlət qulluqçuları heç bir partiya üzvü olmamalıdır”

Baxılıb: 725     Tarix: 24-10-2022 11:40   

“Azərbaycanda bəlli bir qrup var ki, nə edirsən et, buna etiraz edirlər. İndi də deyirlər ki, bu qanun siyasi partiyaların fəaliyyətini məhdudlaşdıracaq”. 
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair keçirilən dinləmələrdə çıxışı zamanı deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib.
Deputat eyni zamanda vurğulayıb ki, “Siyasi partiyalar haqqında” qanun layihəsinin ilkin variantında yer alan 20 il daim Azərbaycanda yaşamaq tələbi ləğv edilməlidir. O vurğulayıb ki, belə bir tələb Konstitusiyaya ziddir.          
Qüdrət Həsənquliyev qeyd edib ki, dövlət qulluqçuları, ümumiyyətlə, heç bir partiya üzvü olmamalıdır: “Dövlət qulluqçuları siyasi vəzifə tutursa, ona belə bir hüquq tanınmalıdır. İnzibati vəzifə tutan dövlət qulluqçularının isə siyasi partiyaya üzv olmağı qadağan olunmalıdır”.
Ümumilikdə deputat “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini müsbət dəyərləndirib.шаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking