Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ağdam rayon tender komissiyasından - Açıqlama

Baxılıb: 621     Tarix: 26-10-2022 10:52   

Ağdam rayon tender komissiyası “Qafqazinfo”nun Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən tender qaydalarının pozulması ilə bağlı “İcra başçısı tender qaydalarını pozdu - Ağdamda bayraq müəmması” başlığı ilə dərc etdiyi yazıya dair açıqlama yayıb.
Qanunvehedef.az xəbər verir ki, açıqlamada deyilir:
“Ağdam rayonu ərazisində 2-ci mərhələ abadlaşdırma (yaşıllaşdırma) xidmətlərinin görülməsi işləri ilə bağlı açıq tenderdə iştirak edən təşkilatlar tələb olunan sənədləri 12.10.2022-ci il tarixinə kimi təqdim etmişlər.Təqdim olunmuş sənədlərin düzgünlüyü Komissiya tərəfindən  şərtlər toplusunun tələblərinə uyğun yoxlanılaraq qəbul edilmişdir. Onu da qeyd edirik ki, həmin şərtlərdə  vergiyə  borcu olmaması  və müflis elan olunmaması tələbləri qoyulmuşdur.(borc olduğu halda vergi orqanları tərəfindən həmin sənəd verilmir) “Caspian Sun” MMC tərəfindən isə həmin sənədlər 07.10.2022-ci il tarixində müvafiq vergi orqanlarından alınmış və təqdim edilmişdir. 21.10.2022-ci il  tarixində açıq tenderin zərfi açılaraq ən az məbləğ təklifi verdiyi üçün “Caspian Sun” MMC  qalib elan edilmişdir.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar  və İstehlak Bazarına Nəzarət  Dövlət Xidmətində tenderin yekun nəticələri haqqında tərtib edilmiş protokol  qeydə alındıqdan sonra  qalib olmuş təşkilatla müqavilə bağlanılacaqdır.
Digər kotirovkada qanunsuzluq edilməsi ilə bağlı məsələyə aydınlıq gətirərək bildiririk ki, 20.06.2022-ci il tarixində zərfi açılarkən məlum olmuşdur ki, FƏRİD HACI OĞLU ŞƏRİFOV və "AZBAYRAQ" MMC adlı  hər iki təşkilat eyni məbləğdə (3280 manat) təklif vermişlər. Dövlət Satınalmaları haqqında Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinin tələbini əsas gətirərək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar  və İstehlak Bazarına Nəzarət  Dövlət Xidməti  06.07.2022-ci il tarixli AİBNDX 11/11-5/3693 nömrəli məktubu ilə həmin prosedurun ləvğ edilməsi və yenidən keçirilməsi bildirilmişdir. 24.08.2022-ci il tarixində Ağdam Bayraq meydanı üçün dövlət bayrağının kotirovka sorğusu proseduru ilə alınması məqsədilə yenidən elan dərc edilmişdir.12.09.2022-ci il tarixində zərfi açarkən FƏRİD HACI OĞLU ŞƏRİFOV 4194 manat təklif verdiyi müəyyən edilərək qalib elan edilmişdir. Bu barədə yekun protokol hazırlanaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar  və İstehlak Bazarına Nəzarət  Dövlət Xidmətinə qeydiyyata alınması üçün göndərilmişdir. Lakin 30.09.2022-ci il tarixli AİBNDX-11/11-5/6263p  nömrəli məktubda iştirakçının müflis elan olunmaması və ASAN  Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayışı şərtlər toplusunda olmadığı üçün kotirovkanın nəticələri ləğv edilərək yenidən keçirilməsi bildirilmişdir. Buradan göründüyü kimi, Ağdam Bayraq meydanı üçün dövlət bayrağının alınması məqsədilə  kotirovka sorğusu  müsabiqəsi 2 dəfə ləvğ edilmişdir və yenidən keçirilmişdir. Bu günə qədər bayrağın alınması üçün hər hansı vəsait açılması olmamışdır. Dövlət portalında hər iki kotirovka sorğusu müsabiqəsinin ləğvinin göstərilməməsi Ağdam Rayon İcra Hakimiyyətinə aid olmayan məsələdir.
Diqqətinizə çatdırırıq ki, 04.10.2022-ci ildə kotirovka sorğusunun yenidən keçirilməsi barədə elan dərc edilmişdir. İştirak haqqı ödəyən FƏRİD HACI OĞLU ŞƏRİFOV və "AZBAYRAQ" MMC-nin  Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası  qanununun 36.5.3- cü maddəsinin tələblərinə əsasən meyarlar üzrə yüklədiyi sənədlər formal tələblərə uyğun gəlmədiyi üçün tender prosedurundan kənarlaşdırılmışdır.( portalda adları göstərilən sənədlərin təqdim edilməməsi)
Onu da qeyd edirik ki, “Qarabağ təmir tikinti” MMC Ağdam rayonunda ilin əvvəlindən cəmi iki tenderin qalibi olmuşdur”.шаблоны для dle 11.2



Ən çox oxunanlar