Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycanda 25 məktəbə direktoru müəllimlər seçir

Baxılıb: 767     Tarix: 27-10-2022 11:55   

“Azərbaycanda 25 məktəbə direktor həmin məktəbin müəllimləri tərəfindən seçilir. O məktəblərdə çalışan müəllimlərin səlahiyyətləri var ki, öz aralarından məktəbə direktor seçsinlər”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev bildirib.
O qeyd edib ki, həmin məktəblərin əksəriyyəti Bakıda yerləşir: “Lakin bununla yanaşı, bölgələrimizdə də belə məktəblər var. Bura Bakıda Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya-biologiya təmayüllü gimnaziyanı, S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasını, S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanı, Akademik Zərifə Əliyeva adına liseyi, Avropa liseyini, bölgələrdə - Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyi, Şəmkir rayon kimya-biologiya təmayüllü liseyi, Quba fizika, riyaziyyat və informatika təmayüllü liseyi və digər məktəbləri misal göstərmək olar”.
F. Qarayev əlavə edib ki, lakin direktor seçilən şəxslər müəllimlərin işə qəbul imtahanında iştirak etməlidirlər. Öncədən işləyən müəllimlərdirsə, diaqnostik qiymətləndirmədə yüksək nəticələri olmalıdır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar