Xəbər lenti
29/03/2024 [14:35]
Fransa NATO-dan çıxacaq?
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Sən oxudun, onlar da oxusun! - Kitab toplama kampaniyası davam edir

Baxılıb: 678     Tarix: 01-11-2022 17:02   

Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən "İrşad" bir ay əvvəl Kitab Gəzər ilə başlatdığı “Sən oxudun, onlar da oxusun” kitab toplama kampaniyasına qoşulanlar sayəsində yığılan kitabları Astara rayonunun Toradi və Sərək kənd tam orta məktəblərinə çatdırıb.
Bakı və Gəncədə yerləşən 7 mağazada yerləşdirilən xüsusi səbətlərə müştərilər tərəfindən ianə edilmiş kitablar seçilərək balaca sahiblərinə və məktəbin kitabxanasına təhvil verilib. Bir ay ərzində yalnız səbət yerləşdirilən mağazalara yox, digər bölgələrdə mövcud İrşad mağazalarına yaxınlaşan və kitab ianə edənlər də oldu. Bu səbəbdən İrşad layihəni dekabrın sonuna qədər davam etdirəcək. Əgər sizin də kitab azlığı olan bölgələrdə məktəblilərin kitablarla təmin olunmasına dəstək olmaq istəyirsinizsə aşağıda qeyd olunan mağazalardakı səbətlərə sadəcə kitabları ianə edə bilərsiniz. Qeyd olunan ünvanlar sizə yaxın ərazidə deyilsə o zaman ən yaxın İrşad mağazasına kitablarınızı ianə etməyiniz də mümkündür.
-"Bakıxanov" (Sakit Qocayev 25)
-"Yasamal" (Şərifzadə küçəsi 162)
-"Qarayev" (Nizami rayonu, Tofiq Abbasov küçəsi 38 )
-"Əhmədli" (Sarayevo küçəsi 55)
-"Xırdalan" (Mehdi Hüseynzadə küçəsi 1, Heydər Əliyev prospekti ilə kəsişmə)
-"Sumqayıt" (Sülh küçəsi 5004)
-"Gəncə" (Nizami küçəsi, 71)

Qeyd edək ki, İrşadın Kitab Gəzər ilə başlatdığı layihənin məqsədi kitab azlığı olan bölgələrdə məktəblilərin maariflənməsi və oxu qabiliyyətinin inkişafı üçün kitablarla təmin etməkdir.
 
Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar