Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Təki Vətən yaşasın!” adlı tədbir keçirilib - Fotolar

Baxılıb: 788     Tarix: 02-11-2022 11:00   

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Göyçayda “Təki Vətən yaşasın!” adlı tədbir keçirilib.
Qanunvehedef.az xəbər verir ki, tədbirdə rayon ictimaiyyət nümayəndələri, tələbə gənclər, şəhid ailələri, qazilər və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışında qeyd edib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi yönündə bu kimi görüşlərin bölgələrdə təşkil olunmasının əsas səbəbi regionlarda yaşayan şəhid ailələrinə mənəvi dəstək və diqqətin göstərilməsidir.
Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun anası Əminə Xəlilova və şəhid Kərimli Orxanın atası Akif Kərimov qeyd ediblər ki, Vətən uğrunda canlarından keçən igidlərimizin xatirəsini hər bir gəncimiz daim əziz tutmalı və əməllərində yaşatmalıdırlar.,şəhidlərimizin xatirəsi yaşadıqca onlar diridirlər. Bildirilib ki, onları unutmamalı, daim yad etməliyik.
Tədbirdə Əməkdar artist Ağalar Bayramovun ifasında vətənpərvərlik şeirləri, Dövlət Sərhəd Xidmətinin Hümunəvi Hərbi Orkestrinin solisti, Əməkdar artist Tural Ağasiyev və vokalist Atəş Qarayevin ifasında zəfər ruhlu musiqilər səsləndirilib.



шаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking