Prezident SƏRƏNCAM İMZALADI

Baxılıb: 712     Tarix: 02-11-2022 16:25   

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Hökuməti, "Masdar Azərbaycan Enerji" Məhdud Məsuliyyətli Cəmiyyəti və "AccessBank" Qapalı Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma" təsdiq edib.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı müvafiq Sərəncamı imzalayıb.
Qərara əsasən, "Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 aprel tarixli 2561 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Hökuməti adından Azərbaycan Respublikasının energetika naziri tərəfindən 2022-ci il iyulun 30-da imzalanmış "Azərbaycan Respublikasının Hökuməti, "Masdar Azərbaycan Enerji" Məhdud Məsuliyyətli Cəmiyyəti və "AccessBank" Qapalı Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma" təsdiq edilib.

Qanunvehedef.az



{sape_links}{sape_article}