Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bu ailələrə uşaqpullarının verilməsi təklif edilir

Baxılıb: 687     Tarix: 11-11-2022 13:07   

“Azad olunmuş ərazilərə qayıdan ailələrə uşaqpullarının verilməsi yaxşı nümunə olardı”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc bildirib.
Deputat, eyni zamanda qeyd edib ki, Azərbaycanda son illər 0-19 yaşında olan insanların sayı azalır, 65 yaşından yuxarı olan şəxslərin sayı isə artır: “Təklif edirəm ki, azad edilmiş ərazilərdə həm məskunlaşma, həm də demoqrafik vəziyyət baxımından uşaqpulları məhz oradakı vətəndaşlara verilsin”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar