Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Divan üstündə dava: Gədəbəydə polisləri söyən şəxs həbs olundu

Baxılıb: 438     Tarix: 14-11-2022 12:02   

Gədəbəydə polis əməkdaşlarını təhqir edən şəxs həbs olunub.
"Unikal"ın məlumatına görə, rayonun Qumlu kənd sakini Akif İsmayılov (soyad şərtidir) ata evindən özünə məxsus divanı götürmək istəyərkən anası və qardaşı onu döyüblər. A.İsmayılov Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşları isə işin araşdırılacağını bildiriblər.
Lakin sonradan o, yenidən ata evinə gəlib və divanı götürmək istəyib. Anası, bacısı və qardaşı onu yenidən döyüblər.
Bundan sonra Akifin anası, qardaşları, bacıları və qonşuları Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edərək onun kənd ərazisində nalayiq söyüşlər söydüyünü bildiriblər. Gədəbəy Rayon Polis Şöbəsinə aparılan A.İsmayılov polis əməkdaşlarının ünvanına söyüşlər söyüb, dövlət orqanlarını təhqir edib. Eyni zamanda polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.
A.İsmayılov barəsinə İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunub. Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar