Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Medianın İnkişafı Agentliyi müsabiqə elan etdi

Baxılıb: 556     Tarix: 14-11-2022 14:21   

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.
Qanunvehedef.az xəbər verir ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.
Müsabiqə barədə daha ətraflı məlumatı Agentliyin rəsmi internet saytından (media.gov.az) əldə edə bilərsiniz.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar