Xəbər lenti
26/07/2026 [12:33]
Sabah 40° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Rayonlardakı Heydər Əliyev mərkəzlərində çalışanların maaşlarının artırılması təklif edilib

Baxılıb: 556     Tarix: 17-11-2022 11:53   

Milli Məclisin deputatı Elşəd Mirbəşir regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində çalışan işçilərin maaşlarının artırılmasını təklif edib.
Qanunvehedef.az-ın məlumatına görə, deputat parlamentin bugünkü plenar iclasında xatırladıb ki, ümumilikdə 60 şəhər və rayonda belə mərkəz mövcuddur.
Deputat qeyd edib ki, bu mərkəzlərin yaradılmasında əsas məqsəd ulu öndər Heydər Əliyev irsinin qorunub saxlanması, eləcə də onun ideyalarının təbliğ olunmasıdır:
"Regionlardakı mərkəzdə çalışan işçilərin maaşlarının artırılmasını təklif edirəm. Xahiş edirəm ki, imkan olsa bu məqama diqqət yetirilsin. Bildiyimiz kimi həmin mərkəzlər Mədəniyyət Nazirliyinin tabeliyindəndir. Təklif edirəm ki, gələcəkdə həmin mərkəzlər Bakıda yerləşən Heydər Əliyev Mərkəzinin tabeliyinə verilsin".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar