Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

DTX Naxçıvanda həbslərə başladı - İnanılmaz rəqəmlər

Baxılıb: 769     Tarix: 25-11-2022 11:40   

Bakı şəhəri, Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxıb.
"Qafqazinfo"nun məlumatına görə, məhkəmə 24.11.2022-ci il tarixli qərarı ilə prosesdə vəkili ilə iştirak edən Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildiyini elan edib.
Cinayət işi üzrə araşdırmalar Komitədə "xüsusilə külli miqdarda" mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
İttihamın mahiyyətindən görünür ki, NMR DGK vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.
Cinayət işinin gedişatı barədə əlavə xüsusatlar dəqiqləşdirilir.
***
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, M.Əsgərov barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə cinayət işi başlanıb. Maddənin tələblərinə görə nəzərdə tutulan cəza 10 ildən 14 ilədək həbsdir.

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking