Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

16 yaşlı idmançının qətli Milli Məclisdə müzakirə edildi

Baxılıb: 763     Tarix: 29-11-2022 12:54   

“Təəssüflər olsun ki, gənclər arasında kriminallığa maraq artmaqdadır”. 
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Naqif Həmzəyev bildirib.
“Sosial şəbəkələrdə bu cür videoçarxlar yayılır. Ötən gün gənc bir uşağın qətlə yetirilməsi bizi çox üzdü. İdmançının, gələcəyi olan bir gəncin öldürülməsi bizi üzdü. Düşünürəm ki, bununla bağlı orta məktəblərdə gənclər arasında maarifləndirmə və təbliğat işlərini artırmalıyıq. Biz də çalışmalıyıq ki, bu cür halların qarşısını alaq”, - deyə deputat qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Şağan Olimpiya Kompleksində 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü idmançı Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar