Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda işsizlərə ŞAD XƏBƏR - Buradan müraciət edə bilərsiniz

Baxılıb: 540     Tarix: 29-11-2022 16:11   

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə "İrəliləyİş" layihəsinə start verilib.
BAKU.WS-in məlumatına görə, layihənin məqsədi ölkədə fəaliyyət göstərən şirkət və təşkilatlarda beynəlxalq normalara uyğunlaşan təcrübə proqramları formalaşdırmaq və yüksək potensiallı gənclərin karyera bacarıqlarını inkişaf etdirmək üçün həmin təcrübə proqramlarında iştirakını təmin etməkdir.
Layihə çərçivəsində 1500 ali və ya orta-ixtisas təhsilini bitirən, 29 yaşadək işsiz gənc təlimlərdə və təcrübə proqramlarında iştirak etmək imkanı qazanacaq.
Onlara "Əmək bazarının tələbləri", "Düzgün CV/Rezyume hazırlanması", "Müsahibəyə hazırlıq", "Natiqlik və təqdimat bacarıqları", "Şəxsi-brendinq", "İstək və rəsmi e-məktubların yazılması", "Tənqidi düşüncə və problemlərin yaradıcı həlli", "Vaxtın idarəedilməsi", "Liderlik və komanda işi", "Ünsiyyət bacarıqları və böhran idarəetməsi" və s. mövzularda təlimlər keçiriləcək.
Təlimləri uğurla bitirən gənclər daha sonra şirkətlərdə 2 aylıq təcrübə proqramlarında iştirak edəcəklər.
Layihədə iştirak etmək istəyən namizədlərin aşağıda qeyd edilən "Müraciət et" düyməsinə keçid edərək müraciət formasını doldurması ilk şərtlərdəndir.



Qanuvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking