Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycana qış fəslinin daxil olacağı vaxt AÇIQLANDI

Baxılıb: 592     Tarix: 21-12-2022 13:17   

"2022-ci ildə qış fəsli Azərbaycana 22 dekabr saat 01:48:12-də daxil olacaq".
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Xıdır Mikayılov deyib.
Onun sözlərinə görə, dekabrın 22-də qış Günəş duruşu zamanı Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26.2⁰) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.
X.Mikayılov bildirib ki, qış fəsli 88 gün 23 saat 36 dəqiqə davam edəcək.
Yerin Günəşə ən yaxın məsafədən (periheli) keçmə vaxtı 4 yanvar saat 10:54-də olacaq, məsafə 147 105 052 km təşkil edəcək.
Planetimizin Günəşə ən uzaq məsafədən (afeli) keçmə vaxtı 4 iyul saat 11:12-də olacaq, məsafə isə 152 098 455 km təşkil edəcək.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking