Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İşçilərə bu məbləğdən az maaş vermək qadağandır - RƏSMİ

Baxılıb: 609     Tarix: 06-01-2023 13:11   

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) minimum əməkhaqqı artımı ilə bağlı məlumat yayıb.
Qurumdan Modern.az-a verilən məlumatda bildirilib ki, işçilərə minimum əməkhaqqından az əməkhaqqı vermək qadağandır.
"İşçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövltin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır. Qanunvericiliyə görə bu, inzibati məsuliyyətə səbəb olur",- DƏMX-in məlumatında qeyd olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla 1 yanvardan etibarən Azərbaycanda minimum əməkhaqqı məbləği 345 manat müəyyən edilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar