Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Pensiyalar bu tarixdə veriləcək, artımlar isə...

Baxılıb: 462     Tarix: 10-01-2023 13:10   

Azərbaycanda yanvar ayı üzrə pensiyaların nə vaxt veriləcəyi açıqlanıb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib.
Onun sözlərinə görə, yeni ilin ilk pensiyaları sabah - yanvar ayının 11-də ödəniləcək.
Artımların nə zaman ödənilməsinə gəlincə, qurum rəsmisi bu barədə əlavə məlumat verəcəklərini söyləyib.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, yanvar ayından etibarən əmək pensiyaları indeksasiya olunaraq təxminən 15 faiz artırılacaq.
Ekspertlərin fikrincə, pensiya artımları yanvarın 1-dən hesablansa da, fevral ayında hər iki ay birlikdə ödəniləcək. Yəni yanvar ayı üçün hesablanmış artım fevral ayının pensiya məbləğinə əlavə olunacaq.

Qanunvehedef.azшаблоны для dle 11.2