Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tehran polisinin rəisi: "Silahlı şəxs Azərbaycan səfirliyinə iki azyaşlı uşağı ilə daxil olub"

Baxılıb: 759     Tarix: 27-01-2023 12:09   

"Silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinə iki azyaşlı uşağı ilə daxil olub. Cinayətkar dindirilmə zamanı ilkin ifadəsində bildirib ki, hadisəni törətməsinə səbəb şəxsi münasibətlər və ailə problemləri olub".
Bu barədə Tehran polisinin rəisi briqada generalı Hüseyn Rəhimi jurnalistlərə açıqlamasında bəyan edib.
"Polisin çevik tədbirləri sayəsində basqın edən şəxs dərhal tutulub və barəsində cinayət işi başlanıb", - deyə o əlavə edib.
Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb./Oxu.az

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar