Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəman kimdir?

Baxılıb: 831     Tarix: 27-01-2023 15:04   

Azərbaycanın İrandakı səfirliyinə edilən terror aktı zamanı cinayətkarı zərərsizləşdirən şəxsin kimliyi məlum olub. 
“Qafqazinfo”nun məlumatına görə, həmin şəxs səfirliyimizin təhlükəsizlik xidmətinin əməkdaşı Vasif Tağıyevdir.
O, səfirliyimizə edilən terror aktı zamanı silahlı şəxsin üstünə əliyalın atılıb və onu zərərsizləşdirib.
Qəhrəmanımız ailəlidir, üç övladı var. V. Tağıyevin əslən Şuşadan olduğu bildirilir.
Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər yaralanıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar