Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Azərişıq” sədri vətəndaşları qəbul etdi - Foto

Baxılıb: 760     Tarix: 30-01-2023 16:39   

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov yanvarın 30-da İsmayıllı şəhərində İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib.
Qanunvehedef.az xəbər verir ki, qəbul “Azərişıq” ASC-nin İsmayıllı Elektrik Şəbəkəsinin inzibati binasında keçirilib.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar