Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Səninləyəm Türkiyə!” adlı kampaniya başladıldı

Baxılıb: 663     Tarix: 06-02-2023 14:10   

Azərbaycanın ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı kampaniya elan edib.
Qanunvehedef.az xəbər verir ki, kampaniya qardaş ölkəyə humanitar yardım göstərmək məqsədilə yəşkil edilib.
Kampaniya çərçivəsində istənilən fiziki və hüquqi şəxslər birbaşa maliyyə yardımı göstərə bilərlər:
- Onlayn bank kartı vasitəsi ilə ianə etmək üçün bu linkdən istifadə edin: https://yardim.et/az/donations/bank/online
- Nağd pul vasitəsi ilə ianə etmək üçün MilliÖn eManat ödəniş terminallarında xeyriyyəçilik bölməsində “yardim.et” düyməsindən istifadə edə bilərsiniz.
- SMS vasitəsi ilə ianə etmək üçün Azercell Abunəçiləri 8116 qısa nömrəsinə SMS göndərə bilər.
- Elektron pul kisəsi vasitəsi ilə hesab.az saytından ianə edə bilərsiniz.
-Hüquqi şəxslər həmçinin bank köçürmə vasitəsi ilə ianə edə bilərlər. Əlaqə üçün: [email protected]
Bütün yığılan ianələr Türkiyəyə humanitar yardım göstərmək məqsədi ilə göndəriləcəkdir.
Qeyd edək ki, Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub. Bu günün məlumatlarına əsasən: 150 bina dağılıb, 560-dan çox yaralı var, azı 85 nəfər həlak olub.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar