Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

NATO-nun mütəxəssisləri Bakıda Azərbaycan hərbçilərinə təlim keçirlər

Baxılıb: 572     Tarix: 08-02-2023 12:32   
 
Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “Operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” mövzusunda təlim kursu keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Milli Müdafiə Universitetində keçirilən təlim kursunda iştirakçılara brifinq təqdim olunub, mobil təlimin ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı ətraflı məlumatlar verilib.
Kurs müddətində "NATO və hərbi əməkdaşlıq", "NATO-da əməliyyatların planlama prosesi", "NATO-da əməliyyatların qiymətləndirilməsi", "NATO-da əməliyyatların analiz sistemləri və bunlara əhatəli yanaşma" və digər mövzularda brifinqlər təqdim olunacaq, eləcə də qeyd olunan mövzulara dair müxtəlif məşğələlər keçiriləcək.
Cari ilin fevral ayının 10-dək davam edəcək kursda Azərbaycan Ordusunun müxtəlif
qoşun növlərindən olan hərbi qulluqçular iştirak edir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking