Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Dağıntıdan çıxarıldı, İlham Əliyevə "salam" göndərdi - VİDEO

Baxılıb: 580     Tarix: 10-02-2023 12:34   

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Qanunvehedef.az verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Ayşə adlı qadın dağıntılardan çıxarılandan sonra "Can Azərbaycan, canım qardaşlarım. İlham Əliyevə də salamları göndərirəm", - deyərək xilasedicilərimizə təşəkkür edib.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar